Saturday, March 10, 2012

Dostlarsız günümüz olmasın


Seher acilanda yuxudan durub el-uzumuzu yuyub bugun basimiza nelerin geleceyini qeti bilmeden yasayiriq belke bir aci xeber ewidecik heyatimizi kokunden deyiwen..Meselen ozune yaxin hesab elediyin birinin olum xeberi pis sarsidar seni.Gozlerin dolar aghlamaq isteyersen aglamayib ozun ozunde ozuvu guclu gostermek isteyirsen nelerise qirib dagitmaq nelerise sindirmaq nelerise mehv etmek kecir qirilmiw qelbinden. Duwunmeden herketler etmek kecir konlunden. Birden icindekileri bosaldib xeberi basqalarina veren de acilir ureyun bosalir hisslerin goz yashlarini saxlaya bilmirsen. Aghlayirsan elinden oyuncaghi alinmish bir usaq kimi. Fikirlewmek istemirsen etrafi, nece gorunduyunu. Aciz olmaq vecive bele olmur. Itirmek gunlerdir sohbet etdiyin yaxin qardash dediyin insani necede agir bir hissdi. Hech ne gorsenmir gozlerine ne sene baxan insanlar ne nevazish gosterenler nede aghlama ‘Allahin’ iwidir deyenler vecive deyil heyat. Tezlikle getmek qovushmaq isteyirsen dostuvun yanina. Fikirlewirsenki belke de bele yaxshi oldu terk etdi bu zalim dunyani ureyindeki suallara cavab tapdi artiq istesede istemesede. Dusunmek dusunmek ve yenede dusunmek budur insani sona aparan...dusunmeyib yasamaq ise sadece mumkunsuzdu..dusunursen bundan sonrasini neolacaq indi onunla xeyallarini qurdugumuz planlarimiz nolacaq ne edecik biz?? Men indi ne edim axi onsuz? Islerini  planlarimizi onsuzmu devam edim? Yoxsa her seyi qoyum bir qiragha yas tutum? Guclu  olmaq lazimdi bu situasiyada. Mence onun yarimciq islerini sona catdirmaqdir en gozeli onu unutmadigini her an ozune hiss eletdirmekdirki ureyin rahat olsun biraz onun yoxlughunda. Bir dostumun olum xeberin aldighim an kecirtdiyim hisslerin 1%-dir bu. Ne yaxshiki sen hele olmemisen bizimlesen QARDASIM! Sehv oldu bu aci xeber.Sukur “allahlara”!!1!!!1
    Bilirəm səliqəsiz yazmışam bu dəfə üzrlü hesab edin

                                                                                 Eisenstein

Thursday, February 2, 2012

Just “justice”



                                   
Əvvəlcədən deyim ki,ağızlarının açarlarını itirəcək olanlar bunu oxumasınlar…Oxusalar da açarlarını itirməsinlər,çünki hərənin bir fikri var və mənim fikrim də budu !
Başlıyaq…deməli belə…Tanrı deyendə mərhəmətli,rəhmli və ən əsası da ədalətli bir yaradıcı qüvvə gəlir çoxlarının ağlına.ÇOXLARI ’nı da dindar və  sadəcə inanclı  insanlar təşkil edir.Həmin insanlar o Tanrıya dua edir,pis zamanlarında ondan kömək istəyir,bir sözlə,bütün varlıqları ilə Tanrıya inanırlar.Keçim əsas məsələyə.Tanrının ədalətindən danışacam.İlk növbəbə onu deyim ki,mənim fikrimcə Tanrı yoxdu.O ya ölüb (Nietzsche),ya da insanlarin heyatlarina müdaxilə etmir.Yox əgər bu fikirlərin heç biri ilə razı deyilsinizsə,Tanrının ədalətli olması fikrini inadla iddia etmiyin,çünki səhvsiz  !!1!1  Bunu yazanda bayırda havanın mənfi neçə dərəcə olduğunu bilmirəm,ama bildiyim odur ki,küçədə yaşayan evsizlər yaşamaq uğrunda mübarizə aparırlar desəm yalan olmaz.Və belə bir vəziyyetdə Tanrının ədalətini düşünməyə bilmirəm.İnanclı insanların ən zəhləm gedən xüsusiyyətləri isə,belə olanda sadəcə isti evlərində oturduqlarına şükür etməkləridir ! Savab qazanacaqlarmış kimi şükür edirler. Amma bunu anlamərlar ki,çöldə soyuqdan üşüyənlər siz şükür etsəz də donmaq təhlükəsindədi,şükür etməsəz də ! Bu təkcə soyuqdan donanlara aid deyil,eyni zamanda ac,kasıb,fiziki qüsurlu insanlara da aid elemek olar.Siz “Allah sənə min şükür” deməkle nə ac insanların qarınları doyacaq,nə də əlillər hərəkət edə biləcək ö halına şükür etmekdənsə küçədə gördüyünüz xəstə birine kömək edin və Tanrınızın səhvini ört-basdır edin.Niyəmi Tanrının səhvi ? deyim…Tanrı insana daşıya bilməyəcəyi qədər yük verməz ele deyilmi ? Bəs elə bu gece soyuqdan donub ölənlərin ölmələrinə səbəb Tanrı deyilmi ? Hər halda özləri də deyil səbəbkar.Çünki “ədalətli”  Tanrınız hərəyə bir tale yazdığı kimi,o insanlar da onlara yazılmış ssenarini məcbur ”oynamalıdırlar”.
Belə…Sizi bilmirəm,ama mən Tanrının ədaləti deyendə gözlerim önünə ilk olaraq bu gəlir.Yekunlaşdırmaq istəyirəm,ama yazmaq istədəklərim çoxdu.Birazını da siz düşünün.Afrikada insanların (əksəri müsəlmandı (!) ) aclıqdan ölməsinin səbəbkarı kimdir ??? Onlar nəyin cəzasını çəkirlər ??? Yaxşı,böyükləri keçək,bəs uşaqlar ???
Mövzunu aysberq olaraq fikirləşsək,yazdıqlarım aysberqin sadəcə görünən hissəsidir...

                                                                                                      Pegasus
                                                                             

Qaranlıqdayam

Qaranlıqdayam aydınlanmayan səhərdə,
Görürəm yenə də o təmiz üzünü dərinlərdə.
Baxma mənə, baxma, dözə bilmirəm sensizliyə.
Aparıır məni bu sevdam dərin kimsəsizliyə.

Doldurun badələri gəlin içək bu təkliyə,
Sənsən yalnız, dərman qəlbimdəki təkliyə.
Görürəm sanki səni gözlərim önündə,
Qaranlıqdayam soyuq bir qış gecəsində.

Yalnız qaldım,axır gözlərimdən yaş sənsiz,
Yoxsul bir ac uşaq kimi qaldım kimsəsiz,
Unudaram qaranlıqlarda üzünü olmasa şəkillər,
Qaranlıqdayam kimsəsizlər içində sənsiz.

Qaranlıqdayam səssiz bir gecə
Xəstəyəm bilmirsən çətindi necə!
Sensizliyə dözə bilmir bu zeif bədən,
Gözlərim yumulur əbədiyyətə beləcə!
                                       
                                        Eisenstein

Wednesday, February 1, 2012

İki alpinist və Qoca



PROLOQ:O baxırdı ətafına, baxırdı güllərə, otlara, göydəki quşlara, buludlara, uzaqdan görünən kiçik evlərə, düşünürdü kiçik evlərdəki kiçik insanları, düşünürdü onların kiçik beyinlərindəkini. O çox şey görmüşdü həyatda, başqalarının yaşaya bilmədiklərini yaşamışdı. Möhkəm biriydi, dözümlüydü, hər şeyə tab gətirəcək gücü vardı. Uşaqlıqdan kəndlərinin qırağındakı kiçik təpəyə çıxmaq istərdi. Bütün dağları gəzmək istərdi. Bir-iki dəfə kiçik yaşlarında evdən qaçıb çıxmaq istəmişdi. Yaralanıb qayıtmışdı, evdəkilər də onu danlamışdı. Ama ona xəyalları uğrunda aldığı yaralar doğmaydı. Ən azından bu qoca yaşında o vaxtdan qalan çapıq izlərinə baxıb sevinirdi. Uşaqkən peşman deyildi, indi qocadır və indi də peşman deyil arzuları uğrunda aldığı yaralara.
O belini otlara dirəmiş şəkildə, illərcə adət etdiyi tərzdə baxır yenə ətrafına. Gözünə uzaqdan iki nəfər görünür neçə vaxtdır. İki kiçiyin yavaş-yavaş yaxınlaşdıqca necə böyüməsi diqqətini cəlb etmişdi. İki gənc qocaya yaınlaşdıqca ondan uzaqlaşırdılar. Qoca ondan çəkindiklərini çoxdan hiss etmişdi. Onlar qocaya uzaqdan salam edib təpəyə çıxmaq istədilər. Elə bu an qoca dilləndi:
-Ey, Siz!
Gənclər ətrafa baxdılar, onlardan başqa heç kəs olmadığına görə, deməli, qoca onları çağırırdı.
-Buyur, Dayı!
-Hara gedirsiz?
-Heç, bu təpəyə qalxırdıq, özümüzçün fırlanırıq.
-Sizdən bir xahiş etsəm yerinə yetirərsiz?
-Əlbəttə! O nə sözdür.
-Təpənin lap başında gül olmalıdır, onu mənimçün dərə bilərsiz?
-Olar. Təxminən necə güldür və hansı tərəfdədir?
-Onları bilmirəm. Siz mənə mən dediyim gülü dərərsiz
.-Siz bu təpəyə çıxmamısız ki? Təxminən deyin də necə güldür.
Qoca üzünü başqa tərəfə çevirdi və uzun fasilədən sonra dedi:
-Xeyr, çıxmamışam.
-Bəs...(Dostu onu dürtmələdi ki, görmürsən dəlidi?)
O birisi gənc cavab verdi:
-Baş üstə dayı, gətirəciyik. Heç narahat olma.
-Sağolun.
Qoca səbirsizliklə gəncləri gözləyirdi. Bir saatdan sonra qayıtdılar. Qocanın gözləri onların əlindəki gülü axtarırdı.
-Hanı bəs gül?
-Dayı, nə qədər axtardıq, ama gül zad yoxuydu.
 Qoca heçnə demədən üzünü çevirdi və sonra dilləndi:
-Rədd olun!!!
Gənclər heç nə demədən getdilər. Qoca yerə uzandı, otları qucaqladı, sifətini torpağa dirədi və dedi:
-Niyə, həə, niyə?! Niyə başqalarına bu qədər dəyərsiz olduğun halda hamı sənə çıxa bildi, üstündəki gülləri dərə bildi. Lakin mən. Sənə ilk addımlarımı atdım. Yadımdadır. Ayağım burxuldu və o vaxtdan ayağımda xəsər qaldı. Ama səndən əl çəkmədim. Hər gün hər səhər sənə çıxmaq ümidi ilə oyandım. Ama hər dəfə ayağımı yerə basanda qəddarlığın üzümə vurdun. Niyə bunu ən çox mən istədiyim halda edə bilmədim? Eybi yox, yuxarılardan gələn ətrinlə belə yaşayaram.

EPİLOQ: Səhəri günü qocanı barmaqları qarmaq kimi torpağa keçmiş halda ölü tapdılar. Qocanın ölüm xəbərini isə qocanı ikinci dəfə görməyə gələn iki gənc vermişdi.
                        
                                                                                                       Seer Swing    


Monday, January 23, 2012

Kimin bizə daha çox ehtiyacı var??


Ev soyuqdu gör çöl nədi indi… mənim kefim yerindədi hər şeyim olmasa da ehtiyacım olan şeyler var...Bəs olmuyanların necə? Belkə də başa düşmüyə bilərəm bəlkə də düşə bilərəm..gözlərinizi yumun bir anlıq düsünün bu soyuqda bu vaxtı çöldəsiz əlinizdə pişiklərin belə bəyənmədiyi quru bir çörək acsız onu yeyirsiz əyninizde bu soyuga tap getirmeyen bir paltar ya da bir cındır parçası var..soyuqdu üşüyürsüz gələn keçən sizə reaksiya vermir bəziləri qorxur saç saqqalı bir-birinə qarışmış insanı gördükləri üçün…düşünürlər ki, belələri niyə yaşayır?? Bəs niye yaşamasın??..düşünün əlinizdəki çörəyi yediniz doymadınız amma mədenizi aldatdiz sora yenidən həyatda qalmaq üçün zibillikləri axtarırsız bəlkə quru bir çörək tapdım bəlkə pula dəyən bir şey tapdım deye.... necedi bu heyat??? pis!!!….bəlkə də siz nə vaxtsa yasadığınız diyarın ən güclülərindən olmusuz çapıb talamısız bəlkə də alkaş bəlkədə sadəcə taleyi getirməyən biri bəs bu ədalətdirmi?? hər insanın dözə bilməyəceyi bir şeydi bu... dözə bilirse o insanın deməli güclü iradəsi var..məncə bu ədalət deyil onda heç kim mənə alllah ədalətlidir deməsin…elə bir cəmiyyət yaratmalıyıq ki bu cür insanların sayı azalsın… bu insanların yeni iş yerləri, yaşamaq üçün bir hədəflərinin qarınlarını doydurmaq üçün bir qazanc mənbəyinin olmasi üçün küçələrə axışaq Gaylərə görə yox!!!  onlar onsuzda rahat yaşayacaqlar necə olsada……
                                                                 Eisenstein

Friday, January 20, 2012

3 kərpic

İnsana uzun illər bildiyi həqiqətin səhv çıxması necə çətinmiş. Çünki sən illərlə səhv həqiqətinlə yaşayırsan və bir gün hansısa qüvvələr sənə səhv olduğunu anlatmağa çalışır. Qəbul etmək istəmirsən, etməzsən də. Əslində illər boyu ətrafındakılar da sənə səhv olanı deyirlər. Mahnılarda, radiolarda, televizorlarda, küçələrdə, avtobuslarda- hər yerdə eyni səhvləri sənin beyninə yeridirlər. İnsan necə sevinir öz-özünə “Mən doğrularla yaşayıram, o axmaqlar isə səhv yolla gedir”- cümləsini özü-özünə deyəndə. Bu gün isə o cümlədəki axmağın elə özün olduğunu bilmək bir az qəribə gəlir. Sanki bina tikməyə bənzəyir bir az. Möhkəm olması üçün doğru kərpicləri seçirsən və bina tikilib qurtardıqdan sonra biriləri çiyninə əl vurur, sən də geri çönəndə “Bu qədər əziyət çəkməyinə dəyməzdi, seçdiyin kərpiclər səhvdi”- deyir. “Necə yəni səhvdi, hər şey boş-boşuna idi, hədər getdi sərf etdiyim o illər?”-deyə qışqırırsan içində, səhv birini axtarırsan hirsini ondan çıxartmağa, ama səhv elə özün olduğunçün o qışqırıqların içində qalır. İndi də mən fikirləşirəm binanı dağıtmağı. Bircə həmləm kifayətdi. Amma ki dağıtmayacam. Qoy səhv olum, ama bu o demək deyil ki, mən də sizin kimi olacam!!!
                                                                                                                                       Seer Swing

Cəsurluq yalnız müharibədədirmi???



Səhər durduz yuxudan...yemək yediz işi olanlar işə işi olmuyanlar isə keflərinin dalınca gedirlər məsəlçün computer və ya başqa bir şey..işə gedirsiz pul qazanmağa amma ən əsas böyünüzün gözünə girməyə və ya kimə atış gəlib qabağa düşüm deyə fikirləşirsiz? Niyə? Niyə işim üçün ən yaxşısını yox atış gəlməyi fikirləşirsiz?? Niyə? Çünki işdəkilərdə belə fikirləşir nöyüyünüzdə işdəki bəs NİYƏ dəyişikliyi özünüz başlatmırsız?? və buna görə işlər batır… işə yaramaz olur… insanlar arasında inam yoxdu…işdən qayıtdız.... evə gelib kim bacarırsa sex bacarmırsa öz imkanları daxilində içini həll edir... basini qoyub yatır bumudur həyat?? Bumudur???  Müstəqilik deyirik əslində nə qədər müstəqilik?? Kimden nə qədər asılıyıq?? Valideynlerimizin dediyi ile oturub durmalı və ya onların sözünə qulaq asmalıyıq razıyam asmalıyıq amma bunu özümüz fikirləşə bilmirikmi?? kiminsə bizi yönləndirməsimi lazımdı?? Heyatımızı dəyişdirmək üçün............
                                                                                                                    Eisenstein