Monday, January 23, 2012

Kimin bizə daha çox ehtiyacı var??


Ev soyuqdu gör çöl nədi indi… mənim kefim yerindədi hər şeyim olmasa da ehtiyacım olan şeyler var...Bəs olmuyanların necə? Belkə də başa düşmüyə bilərəm bəlkə də düşə bilərəm..gözlərinizi yumun bir anlıq düsünün bu soyuqda bu vaxtı çöldəsiz əlinizdə pişiklərin belə bəyənmədiyi quru bir çörək acsız onu yeyirsiz əyninizde bu soyuga tap getirmeyen bir paltar ya da bir cındır parçası var..soyuqdu üşüyürsüz gələn keçən sizə reaksiya vermir bəziləri qorxur saç saqqalı bir-birinə qarışmış insanı gördükləri üçün…düşünürlər ki, belələri niyə yaşayır?? Bəs niye yaşamasın??..düşünün əlinizdəki çörəyi yediniz doymadınız amma mədenizi aldatdiz sora yenidən həyatda qalmaq üçün zibillikləri axtarırsız bəlkə quru bir çörək tapdım bəlkə pula dəyən bir şey tapdım deye.... necedi bu heyat??? pis!!!….bəlkə də siz nə vaxtsa yasadığınız diyarın ən güclülərindən olmusuz çapıb talamısız bəlkə də alkaş bəlkədə sadəcə taleyi getirməyən biri bəs bu ədalətdirmi?? hər insanın dözə bilməyəceyi bir şeydi bu... dözə bilirse o insanın deməli güclü iradəsi var..məncə bu ədalət deyil onda heç kim mənə alllah ədalətlidir deməsin…elə bir cəmiyyət yaratmalıyıq ki bu cür insanların sayı azalsın… bu insanların yeni iş yerləri, yaşamaq üçün bir hədəflərinin qarınlarını doydurmaq üçün bir qazanc mənbəyinin olmasi üçün küçələrə axışaq Gaylərə görə yox!!!  onlar onsuzda rahat yaşayacaqlar necə olsada……
                                                                 Eisenstein

Friday, January 20, 2012

3 kərpic

İnsana uzun illər bildiyi həqiqətin səhv çıxması necə çətinmiş. Çünki sən illərlə səhv həqiqətinlə yaşayırsan və bir gün hansısa qüvvələr sənə səhv olduğunu anlatmağa çalışır. Qəbul etmək istəmirsən, etməzsən də. Əslində illər boyu ətrafındakılar da sənə səhv olanı deyirlər. Mahnılarda, radiolarda, televizorlarda, küçələrdə, avtobuslarda- hər yerdə eyni səhvləri sənin beyninə yeridirlər. İnsan necə sevinir öz-özünə “Mən doğrularla yaşayıram, o axmaqlar isə səhv yolla gedir”- cümləsini özü-özünə deyəndə. Bu gün isə o cümlədəki axmağın elə özün olduğunu bilmək bir az qəribə gəlir. Sanki bina tikməyə bənzəyir bir az. Möhkəm olması üçün doğru kərpicləri seçirsən və bina tikilib qurtardıqdan sonra biriləri çiyninə əl vurur, sən də geri çönəndə “Bu qədər əziyət çəkməyinə dəyməzdi, seçdiyin kərpiclər səhvdi”- deyir. “Necə yəni səhvdi, hər şey boş-boşuna idi, hədər getdi sərf etdiyim o illər?”-deyə qışqırırsan içində, səhv birini axtarırsan hirsini ondan çıxartmağa, ama səhv elə özün olduğunçün o qışqırıqların içində qalır. İndi də mən fikirləşirəm binanı dağıtmağı. Bircə həmləm kifayətdi. Amma ki dağıtmayacam. Qoy səhv olum, ama bu o demək deyil ki, mən də sizin kimi olacam!!!
                                                                                                                                       Seer Swing

Cəsurluq yalnız müharibədədirmi???



Səhər durduz yuxudan...yemək yediz işi olanlar işə işi olmuyanlar isə keflərinin dalınca gedirlər məsəlçün computer və ya başqa bir şey..işə gedirsiz pul qazanmağa amma ən əsas böyünüzün gözünə girməyə və ya kimə atış gəlib qabağa düşüm deyə fikirləşirsiz? Niyə? Niyə işim üçün ən yaxşısını yox atış gəlməyi fikirləşirsiz?? Niyə? Çünki işdəkilərdə belə fikirləşir nöyüyünüzdə işdəki bəs NİYƏ dəyişikliyi özünüz başlatmırsız?? və buna görə işlər batır… işə yaramaz olur… insanlar arasında inam yoxdu…işdən qayıtdız.... evə gelib kim bacarırsa sex bacarmırsa öz imkanları daxilində içini həll edir... basini qoyub yatır bumudur həyat?? Bumudur???  Müstəqilik deyirik əslində nə qədər müstəqilik?? Kimden nə qədər asılıyıq?? Valideynlerimizin dediyi ile oturub durmalı və ya onların sözünə qulaq asmalıyıq razıyam asmalıyıq amma bunu özümüz fikirləşə bilmirikmi?? kiminsə bizi yönləndirməsimi lazımdı?? Heyatımızı dəyişdirmək üçün............
                                                                                                                    Eisenstein