Friday, January 20, 2012

3 kərpic

İnsana uzun illər bildiyi həqiqətin səhv çıxması necə çətinmiş. Çünki sən illərlə səhv həqiqətinlə yaşayırsan və bir gün hansısa qüvvələr sənə səhv olduğunu anlatmağa çalışır. Qəbul etmək istəmirsən, etməzsən də. Əslində illər boyu ətrafındakılar da sənə səhv olanı deyirlər. Mahnılarda, radiolarda, televizorlarda, küçələrdə, avtobuslarda- hər yerdə eyni səhvləri sənin beyninə yeridirlər. İnsan necə sevinir öz-özünə “Mən doğrularla yaşayıram, o axmaqlar isə səhv yolla gedir”- cümləsini özü-özünə deyəndə. Bu gün isə o cümlədəki axmağın elə özün olduğunu bilmək bir az qəribə gəlir. Sanki bina tikməyə bənzəyir bir az. Möhkəm olması üçün doğru kərpicləri seçirsən və bina tikilib qurtardıqdan sonra biriləri çiyninə əl vurur, sən də geri çönəndə “Bu qədər əziyət çəkməyinə dəyməzdi, seçdiyin kərpiclər səhvdi”- deyir. “Necə yəni səhvdi, hər şey boş-boşuna idi, hədər getdi sərf etdiyim o illər?”-deyə qışqırırsan içində, səhv birini axtarırsan hirsini ondan çıxartmağa, ama səhv elə özün olduğunçün o qışqırıqların içində qalır. İndi də mən fikirləşirəm binanı dağıtmağı. Bircə həmləm kifayətdi. Amma ki dağıtmayacam. Qoy səhv olum, ama bu o demək deyil ki, mən də sizin kimi olacam!!!
                                                                                                                                       Seer Swing

No comments:

Post a Comment