Thursday, February 2, 2012

Just “justice”



                                   
Əvvəlcədən deyim ki,ağızlarının açarlarını itirəcək olanlar bunu oxumasınlar…Oxusalar da açarlarını itirməsinlər,çünki hərənin bir fikri var və mənim fikrim də budu !
Başlıyaq…deməli belə…Tanrı deyendə mərhəmətli,rəhmli və ən əsası da ədalətli bir yaradıcı qüvvə gəlir çoxlarının ağlına.ÇOXLARI ’nı da dindar və  sadəcə inanclı  insanlar təşkil edir.Həmin insanlar o Tanrıya dua edir,pis zamanlarında ondan kömək istəyir,bir sözlə,bütün varlıqları ilə Tanrıya inanırlar.Keçim əsas məsələyə.Tanrının ədalətindən danışacam.İlk növbəbə onu deyim ki,mənim fikrimcə Tanrı yoxdu.O ya ölüb (Nietzsche),ya da insanlarin heyatlarina müdaxilə etmir.Yox əgər bu fikirlərin heç biri ilə razı deyilsinizsə,Tanrının ədalətli olması fikrini inadla iddia etmiyin,çünki səhvsiz  !!1!1  Bunu yazanda bayırda havanın mənfi neçə dərəcə olduğunu bilmirəm,ama bildiyim odur ki,küçədə yaşayan evsizlər yaşamaq uğrunda mübarizə aparırlar desəm yalan olmaz.Və belə bir vəziyyetdə Tanrının ədalətini düşünməyə bilmirəm.İnanclı insanların ən zəhləm gedən xüsusiyyətləri isə,belə olanda sadəcə isti evlərində oturduqlarına şükür etməkləridir ! Savab qazanacaqlarmış kimi şükür edirler. Amma bunu anlamərlar ki,çöldə soyuqdan üşüyənlər siz şükür etsəz də donmaq təhlükəsindədi,şükür etməsəz də ! Bu təkcə soyuqdan donanlara aid deyil,eyni zamanda ac,kasıb,fiziki qüsurlu insanlara da aid elemek olar.Siz “Allah sənə min şükür” deməkle nə ac insanların qarınları doyacaq,nə də əlillər hərəkət edə biləcək ö halına şükür etmekdənsə küçədə gördüyünüz xəstə birine kömək edin və Tanrınızın səhvini ört-basdır edin.Niyəmi Tanrının səhvi ? deyim…Tanrı insana daşıya bilməyəcəyi qədər yük verməz ele deyilmi ? Bəs elə bu gece soyuqdan donub ölənlərin ölmələrinə səbəb Tanrı deyilmi ? Hər halda özləri də deyil səbəbkar.Çünki “ədalətli”  Tanrınız hərəyə bir tale yazdığı kimi,o insanlar da onlara yazılmış ssenarini məcbur ”oynamalıdırlar”.
Belə…Sizi bilmirəm,ama mən Tanrının ədaləti deyendə gözlerim önünə ilk olaraq bu gəlir.Yekunlaşdırmaq istəyirəm,ama yazmaq istədəklərim çoxdu.Birazını da siz düşünün.Afrikada insanların (əksəri müsəlmandı (!) ) aclıqdan ölməsinin səbəbkarı kimdir ??? Onlar nəyin cəzasını çəkirlər ??? Yaxşı,böyükləri keçək,bəs uşaqlar ???
Mövzunu aysberq olaraq fikirləşsək,yazdıqlarım aysberqin sadəcə görünən hissəsidir...

                                                                                                      Pegasus
                                                                             

Qaranlıqdayam

Qaranlıqdayam aydınlanmayan səhərdə,
Görürəm yenə də o təmiz üzünü dərinlərdə.
Baxma mənə, baxma, dözə bilmirəm sensizliyə.
Aparıır məni bu sevdam dərin kimsəsizliyə.

Doldurun badələri gəlin içək bu təkliyə,
Sənsən yalnız, dərman qəlbimdəki təkliyə.
Görürəm sanki səni gözlərim önündə,
Qaranlıqdayam soyuq bir qış gecəsində.

Yalnız qaldım,axır gözlərimdən yaş sənsiz,
Yoxsul bir ac uşaq kimi qaldım kimsəsiz,
Unudaram qaranlıqlarda üzünü olmasa şəkillər,
Qaranlıqdayam kimsəsizlər içində sənsiz.

Qaranlıqdayam səssiz bir gecə
Xəstəyəm bilmirsən çətindi necə!
Sensizliyə dözə bilmir bu zeif bədən,
Gözlərim yumulur əbədiyyətə beləcə!
                                       
                                        Eisenstein

Wednesday, February 1, 2012

İki alpinist və Qoca



PROLOQ:O baxırdı ətafına, baxırdı güllərə, otlara, göydəki quşlara, buludlara, uzaqdan görünən kiçik evlərə, düşünürdü kiçik evlərdəki kiçik insanları, düşünürdü onların kiçik beyinlərindəkini. O çox şey görmüşdü həyatda, başqalarının yaşaya bilmədiklərini yaşamışdı. Möhkəm biriydi, dözümlüydü, hər şeyə tab gətirəcək gücü vardı. Uşaqlıqdan kəndlərinin qırağındakı kiçik təpəyə çıxmaq istərdi. Bütün dağları gəzmək istərdi. Bir-iki dəfə kiçik yaşlarında evdən qaçıb çıxmaq istəmişdi. Yaralanıb qayıtmışdı, evdəkilər də onu danlamışdı. Ama ona xəyalları uğrunda aldığı yaralar doğmaydı. Ən azından bu qoca yaşında o vaxtdan qalan çapıq izlərinə baxıb sevinirdi. Uşaqkən peşman deyildi, indi qocadır və indi də peşman deyil arzuları uğrunda aldığı yaralara.
O belini otlara dirəmiş şəkildə, illərcə adət etdiyi tərzdə baxır yenə ətrafına. Gözünə uzaqdan iki nəfər görünür neçə vaxtdır. İki kiçiyin yavaş-yavaş yaxınlaşdıqca necə böyüməsi diqqətini cəlb etmişdi. İki gənc qocaya yaınlaşdıqca ondan uzaqlaşırdılar. Qoca ondan çəkindiklərini çoxdan hiss etmişdi. Onlar qocaya uzaqdan salam edib təpəyə çıxmaq istədilər. Elə bu an qoca dilləndi:
-Ey, Siz!
Gənclər ətrafa baxdılar, onlardan başqa heç kəs olmadığına görə, deməli, qoca onları çağırırdı.
-Buyur, Dayı!
-Hara gedirsiz?
-Heç, bu təpəyə qalxırdıq, özümüzçün fırlanırıq.
-Sizdən bir xahiş etsəm yerinə yetirərsiz?
-Əlbəttə! O nə sözdür.
-Təpənin lap başında gül olmalıdır, onu mənimçün dərə bilərsiz?
-Olar. Təxminən necə güldür və hansı tərəfdədir?
-Onları bilmirəm. Siz mənə mən dediyim gülü dərərsiz
.-Siz bu təpəyə çıxmamısız ki? Təxminən deyin də necə güldür.
Qoca üzünü başqa tərəfə çevirdi və uzun fasilədən sonra dedi:
-Xeyr, çıxmamışam.
-Bəs...(Dostu onu dürtmələdi ki, görmürsən dəlidi?)
O birisi gənc cavab verdi:
-Baş üstə dayı, gətirəciyik. Heç narahat olma.
-Sağolun.
Qoca səbirsizliklə gəncləri gözləyirdi. Bir saatdan sonra qayıtdılar. Qocanın gözləri onların əlindəki gülü axtarırdı.
-Hanı bəs gül?
-Dayı, nə qədər axtardıq, ama gül zad yoxuydu.
 Qoca heçnə demədən üzünü çevirdi və sonra dilləndi:
-Rədd olun!!!
Gənclər heç nə demədən getdilər. Qoca yerə uzandı, otları qucaqladı, sifətini torpağa dirədi və dedi:
-Niyə, həə, niyə?! Niyə başqalarına bu qədər dəyərsiz olduğun halda hamı sənə çıxa bildi, üstündəki gülləri dərə bildi. Lakin mən. Sənə ilk addımlarımı atdım. Yadımdadır. Ayağım burxuldu və o vaxtdan ayağımda xəsər qaldı. Ama səndən əl çəkmədim. Hər gün hər səhər sənə çıxmaq ümidi ilə oyandım. Ama hər dəfə ayağımı yerə basanda qəddarlığın üzümə vurdun. Niyə bunu ən çox mən istədiyim halda edə bilmədim? Eybi yox, yuxarılardan gələn ətrinlə belə yaşayaram.

EPİLOQ: Səhəri günü qocanı barmaqları qarmaq kimi torpağa keçmiş halda ölü tapdılar. Qocanın ölüm xəbərini isə qocanı ikinci dəfə görməyə gələn iki gənc vermişdi.
                        
                                                                                                       Seer Swing