Wednesday, February 1, 2012

İki alpinist və Qoca



PROLOQ:O baxırdı ətafına, baxırdı güllərə, otlara, göydəki quşlara, buludlara, uzaqdan görünən kiçik evlərə, düşünürdü kiçik evlərdəki kiçik insanları, düşünürdü onların kiçik beyinlərindəkini. O çox şey görmüşdü həyatda, başqalarının yaşaya bilmədiklərini yaşamışdı. Möhkəm biriydi, dözümlüydü, hər şeyə tab gətirəcək gücü vardı. Uşaqlıqdan kəndlərinin qırağındakı kiçik təpəyə çıxmaq istərdi. Bütün dağları gəzmək istərdi. Bir-iki dəfə kiçik yaşlarında evdən qaçıb çıxmaq istəmişdi. Yaralanıb qayıtmışdı, evdəkilər də onu danlamışdı. Ama ona xəyalları uğrunda aldığı yaralar doğmaydı. Ən azından bu qoca yaşında o vaxtdan qalan çapıq izlərinə baxıb sevinirdi. Uşaqkən peşman deyildi, indi qocadır və indi də peşman deyil arzuları uğrunda aldığı yaralara.
O belini otlara dirəmiş şəkildə, illərcə adət etdiyi tərzdə baxır yenə ətrafına. Gözünə uzaqdan iki nəfər görünür neçə vaxtdır. İki kiçiyin yavaş-yavaş yaxınlaşdıqca necə böyüməsi diqqətini cəlb etmişdi. İki gənc qocaya yaınlaşdıqca ondan uzaqlaşırdılar. Qoca ondan çəkindiklərini çoxdan hiss etmişdi. Onlar qocaya uzaqdan salam edib təpəyə çıxmaq istədilər. Elə bu an qoca dilləndi:
-Ey, Siz!
Gənclər ətrafa baxdılar, onlardan başqa heç kəs olmadığına görə, deməli, qoca onları çağırırdı.
-Buyur, Dayı!
-Hara gedirsiz?
-Heç, bu təpəyə qalxırdıq, özümüzçün fırlanırıq.
-Sizdən bir xahiş etsəm yerinə yetirərsiz?
-Əlbəttə! O nə sözdür.
-Təpənin lap başında gül olmalıdır, onu mənimçün dərə bilərsiz?
-Olar. Təxminən necə güldür və hansı tərəfdədir?
-Onları bilmirəm. Siz mənə mən dediyim gülü dərərsiz
.-Siz bu təpəyə çıxmamısız ki? Təxminən deyin də necə güldür.
Qoca üzünü başqa tərəfə çevirdi və uzun fasilədən sonra dedi:
-Xeyr, çıxmamışam.
-Bəs...(Dostu onu dürtmələdi ki, görmürsən dəlidi?)
O birisi gənc cavab verdi:
-Baş üstə dayı, gətirəciyik. Heç narahat olma.
-Sağolun.
Qoca səbirsizliklə gəncləri gözləyirdi. Bir saatdan sonra qayıtdılar. Qocanın gözləri onların əlindəki gülü axtarırdı.
-Hanı bəs gül?
-Dayı, nə qədər axtardıq, ama gül zad yoxuydu.
 Qoca heçnə demədən üzünü çevirdi və sonra dilləndi:
-Rədd olun!!!
Gənclər heç nə demədən getdilər. Qoca yerə uzandı, otları qucaqladı, sifətini torpağa dirədi və dedi:
-Niyə, həə, niyə?! Niyə başqalarına bu qədər dəyərsiz olduğun halda hamı sənə çıxa bildi, üstündəki gülləri dərə bildi. Lakin mən. Sənə ilk addımlarımı atdım. Yadımdadır. Ayağım burxuldu və o vaxtdan ayağımda xəsər qaldı. Ama səndən əl çəkmədim. Hər gün hər səhər sənə çıxmaq ümidi ilə oyandım. Ama hər dəfə ayağımı yerə basanda qəddarlığın üzümə vurdun. Niyə bunu ən çox mən istədiyim halda edə bilmədim? Eybi yox, yuxarılardan gələn ətrinlə belə yaşayaram.

EPİLOQ: Səhəri günü qocanı barmaqları qarmaq kimi torpağa keçmiş halda ölü tapdılar. Qocanın ölüm xəbərini isə qocanı ikinci dəfə görməyə gələn iki gənc vermişdi.
                        
                                                                                                       Seer Swing    


No comments:

Post a Comment